İran Təhlükəsizlik Şurasının katibi Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparacaq

12:07 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak etmək üçün Rusiyaya yola düşüb.

ABC.AZ xəbər verir ki, iclas sentyabrın 20-22-də Sankt-Peterburqda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, Efiopiya və Səudiyyə Ərəbistanına üzv ölkələrin Təhlükəsizlik Şurasının rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Bu sammit çərçivəsində BRIKS üzvləri ilə danışıqlarla yanaşı, bəzi cənub ölkələrinin, o cümlədən İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tayland, Belarus, Vyetnam, Venesuela, Özbəkistan, Nikaraqua, Kuba, Azərbaycan, Bəhreyn, Banqladeş, Şri Lanka, Mavritaniya və Laosun güc strukturlarının yüksək səviyyəli nümayəndələri ilə birgə görüş keçiriləcək.

İki ölkə Tehranın Moskvaya ballistik raketlər göndərməsi, "Şimal-Cənub" nəqliyyat dəhlizinin həyata keçirilməsi, İran üçün arzuolunmaz olan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələləri müzakirə edəcək.

İran üçün Zəngəzur dəhlizi məsələsi olduqca həssasdır, çünki Tehran qəbul edilmiş dövlət sərhədlərinin yenidən qurulmasına qarşıdır. Zəngəzur dəhlizi həyata keçirilsə, İran Ermənistandan kəsiləcək və onların ümumi sərhədləri olmayacaq. İrəvan isə cənubdan Azərbaycanın blokadasında qalacaq.