12:26 - 10.09.2024
10 sentyabr, Fineko/abc.az. Azərbaycan böyük dil modellərinin tətbiqinə hazırlaşır.
ABC.AZ xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Rəqəmsal və metakainat iqtisadiyyatına giriş” adlı panel müzakirəsi zamanı bildirib.
“Biz, 2023-cü ildə Azərbaycan üçün rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başladıq. Strategiya üzərində iş tam şəkildə yekunlaşıb və biz, 2030-cu ilə qədər həyata keçiriləcək 51 böyük təşəbbüsü müəyyən etmişik. Bu təşəbbüslər insan potensialının artırılması, infrastrukturun modernləşdirilməsi və biznesin rəqəmsallaşdırılması məqsədilə “Sənaye 4.0″ konsepsiyası çərçivəsində həyata keçiriləcək”, – F. Cəfərov qeyd edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024