16:05 - 10.09.2024
10 sentyabr, Fineko/abc.az. "Ölkənin inkişafına hazırkı yanaşmanın davam etdirilməsi mümkün deyil. Xammalı ölkənin cənubundan və dənizdən mərkəzə köçürməyə davam etsək, sonra məhsula çevirib ixrac üçün yenidən cənuba göndərsək, bu rəqabət qabiliyyətimizi xeyli zəiflədəcəkdir. Ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxınlaşdırmaqdan başqa çarəmiz yoxdur".
ABC.AZ xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian infrastruktur layihələrində iştirak edərkən belə bir açıqlama verib. Onun sözlərinə görə, ehtiyac Tehranın artan logistik və ekoloji problemlərindən qaynaqlanır.
Prezident qeyd edib ki, Tehranın mövcud problemlərlə inkişafı vaxt itkisidir.
"Tehran bir paytaxt olaraq su çatışmazlığı, torpağın çökməsi, havanın çirklənməsi kimi problemlərlə üzləşir ki, bu da indiyə qədər həyata keçirilmiş siyasət və tədbirlər nəticəsində daha da pisləşir", - deyı İran prezidenti bildirib.
Qeyd edək ki, paytaxtın köçürülməsi məsələsi 2009, 2013 və 2017-ci illərdə şəhərin həddindən artıq yüklənməsi ilə bağlı problemlər, ekoloji və infrastruktur çətinlikləri səbəbindən müzakirə olunmuşdu.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024