Gürcüstan enerji sahəsində özünü təmin etmək istəyir

16:16 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, onun ölkəsi 2030-cu ilə qədər enerji sahəsində özünü təmin etməlidir.

ABC.AZ xəbər verir ki, Energetik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Kobaxidze xatırladıb ki, Gürcüstanda növbəti onilliyin əvvəlinə qədər elektrik enerjisi istehsalı istehlakı üstələməlidir.

"Əminəm ki, sizinlə birlikdə bu iddialı məqsədə də nail olacağıq", — baş nazir bildirib.

Kobaxidze xatırladıb ki, 2012-ci ildə elektrik enerjisi istehsalının göstəricisi 9 698 milyon kvt / saat təşkil edib. Hazırda ölkədə 14 911 milyon kvt / saat enerji istehsal olunub. Həmçinin, Gürcüstanda son 12 ildə 66 elektrik stansiyası tikilib ki, onların ümumi quraşdırılmış gücü 1 255 MVt təşkil edir.