16:41 - 10.09.2024
10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 55%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
ABC.AZ xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 45%-i İstilik Elektrik Stansiyalarında, 42%-i Su Elektrik Stansiyalarında, 13%-i isə Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin həcmi 20%-ə yaxın artıb.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024