10:53 - 11.09.2024
11 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank (AMB) “2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində yeni maliyyə alətləri üçün hüquqi baza yaratmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, strategiyaya əsasən, kapital bazarının təşviqi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. "Xüsusilə, “Qiymətli kağızlar bazarı haqqında” qanunun yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, investorların bazara çıxışının genişləndirilməsi, yeni maliyyə alətləri üçün hüquqi bazanın yaradılması, həmçinin kapital bazarlarına çıxış üçün stimulların verilməsi planlaşdırılır" - deyə Mərkəzi Bankdan bildirilib.
Bildirilir ki, əlavə olaraq, emissiya ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsi və investorların hüquqlarının qorunmasına dair hüquqi çərçivənin formalaşdırılması planlaşdırılır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024