Bloomberg: Avropa Ukrayna vasitəsilə Rusiya qazının son tədarükünə hazırlaşır

11:40 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. Ukrayna Rusiyanı Avropaya qaz tranzitindən məhrum etməyə çalışır, 22 min kilometr qaz kəmərinə sahib olmaqla, vəziyyəti destabilizə edə bilər. Hələlik Moskva ilə Kiyev arasında tranzit sazişi qüvvədədir, lakin onun müddəti dekabrda başa çatır. Yenilənməsə (çox güman ki, belə də olacaq), tədarüklər dayanacaq və ən ağrılı anda bazara zərbə vuracaq.

ABC.AZ xəbər verir ki, bunu Bloomberg yazır.

Nəşr xatırladır ki, Ukrayna vasitəsilə Avropaya qaz tranziti münaqişənin iki ili boyunca davam etdirilib. Seton Hall Universitetinin Beynəlxalq əlaqələr üzrə professoru Marqarita Balmasedanın sözlərinə görə, "Ukraynadan tranzitin dayandırılması əslində yavaş-yavaş çökən dövrün sonu deməkdir".