14:12 - 11.09.2024
11 sentyabr, Fineko/abc.az. Azərbaycan bu ilin ilk yarısında premium markalı (Aİ-95) avtomobil benzinin idxal həcmini 14 faiz azaldıb.
ABC.AZ xəbər verir ki, cari ilin ilk 6 ayında YDM-lər 33.98 min tonluq 05 oktanlı premium benzin alıblar. Keçən ilin ilk yarısında bu rəqəm 39.39 min ton idi.
İdxal edilmiş benzinə çəkilən xərc illik müqayisədə bu il 7 faiz daha baha olub. Məsələn, keçən il Azərbaycan bir tonluq benzin üçün $932 xərc çəkdiyi halda, bu il bu göstərici $997-ə çatıb.
Premium benzinin böyük hissəsi Rusiyadan alınıb. Məsələn, bu il Rusiyadan 12.78 min tonluq avtomobil benzini alınıb.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən “Aİ-95” markalı avtomobil benzini istehsalına başlanılır. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 0.40 manat ucuzlaşaraq 1.60 manata endirilib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024