16:00 - 11.09.2024
11 sentyabr, Fineko/abc.az. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 239.4 milyon ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ticarət dövriyyəsinin 15 milyard 446.2 milyon dolları və ya 58.9 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 793.2 milyon dolları (41.1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 653.0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.3 faiz, real ifadədə 5.0 faiz, o cümlədən idxal 3.0 faiz, ixrac isə 6.1 faiz azalıb.
2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6.6 faiz, real ifadədə 16.3 faiz azalaraq 1 milyard 874.7 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23.1 faizi İtaliya, 13.5 faizi Türkiyə, 9.6 faizi Rusiya, 7.3 faizi Çin, 4.3 faizi İsrail, 3.2 faizi Almaniya, 2.7 faizi ABŞ, 2.6 faizi Hindistan, 2.4 faizi Çexiya, 2.2 faizi Avstraliya, hər biri 2.0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1.5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1.3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1.2 faizi Rumıniya, hər biri 1.0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0.9 faiz olmaqla Belarus və Koreya, 12.2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024