Avropa İttifaqı Rusiya qazından tamamilə imtina etməyə hazırdır

16:15 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. “Biz artıq Putinin boru kəmərlərinin hakimiyyəti altında deyilik və qış yaxınlaşdıqca ukraynalı tərəfdaşlarımızı dəstəkləməyə davam edirik".

ABC.AZ xəbər verir ki, bu barədə enerji üzrə Avropa komissarı Kadri Simson bildirib.

Onun sözlərinə görə, Aİ-nin idxalında Rusiya qazının payı 2021-ci ilin iyun ayına qədər 45%-dən 18%-ə qədər azalıb, Norveç və ABŞ kimi etibarlı tərəfdaşlardan idxal isə artıb.