Minimum əmək haqqı göstəricisinin dəyişməsi maaş artımlarına səbəb ola bilər - VİDEO

16:29 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. 2024-cü ilin sonuna yaxınlaşdıqca əhalini maraqlandıran əsas məsələlərdən biri də növbəti ildə maaş artımlarının olub-olmayacağıdır.

ABC.AZ xəbər verir ki, hazırda minimum əmək haqqı 345 anat təşkil edir. Minimum əmək haqqı göstəricisinin dəyişməsi maaş artımlarına səbəb ola bilər.

İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, minimum əmək haqqı 10-15 faiz ətrafında artırılacaq. Bu artım həm dövlət, həm də özəl sektorda çalışanların maaşlarına təsir göstərəcək.

Ətraflı süjetdə izləyə bilərsiniz: