Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 17% azalıb

16:48 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 86,1 milyon manat vəsait yönəldilib.

Naxçıvanın Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% azdır.

8 ay ərzində istifadə olunmuş vəsaitin 22,9 milyon manatı və yaxud 26,6%-i məhsul istehsalı sahələrinə, 21,3 milyon manatı və yaxud 24,8%-i xidmət sahələrinə, 41,9 milyon manatı və yaxud 48,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala vəsait qoyuluşunun 68,6 milyon manatı və yaxud 79,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 16% azdır.