Neft bahalaşır, Brent bir barel üçün $71,10 təşkil edir

09:20 - 12.09.2024


12 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün yüksəldikdən sonra cümə axşamı hərracda artmağa davam edir.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:15-də $0,49 (0,69%) artaraq bir barel üçün $71,10-a yüksəldi. 11 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $1,42 (2,05%), bir barel üçün $70,61-a qədər ucuzlaşdı.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:15-də $0,39 (0,58%) artaraq bir barel üçün $67,70-a yüksəldi. 11 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,56 (2,37%) - bir barel üçün $67,31-a düşdü.