10:41 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. “Ukraynanın Rusiya təbii qazının tranziti haqqında müqavilənin uzadılmasından imtina etməsi onun Türkiyə ərazisindən Türk axını magistral qaz kəməri (IHL) vasitəsilə Avropaya çatdırılmasına gətirib çıxaracaq. Həcmlər ildə təxminən 16 milyard m3 ola bilər”.
ABC.AZ xəbər verir ki, bunu Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar deyib.
Alparslan Bayraktarın sözlərinə görə, Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsi Avropada qiymətlərin artmasına səbəb ola bilər.
"Biz qaz mənbələrinin şaxələndirilməsi və Avropaya əlavə qaz tədarükü üzərində işləyirik", - deyə o bildirib.
Ukrayna prezidenti V. Zelenskiy, “Qazprom” ilə 2024-cü ilin sonunda başa çatacaq qaz tranzitinə dair müqaviləni yeniləməmək qərarını açıqlamışdı. Buna cavab olaraq Rusiya Federasiyası prezidentinin mətbuat katibi D. Peskov demişdi ki, Rusiya Türkiyə üzərindən Avropaya alternativ tədarük marşrutlarına sahibdir.
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024