Pentaqon nüvə silahının aqrar sektora təsiri ilə bağlı araşdırma aparmaq istəyir

11:00 - 12.09.2024


12 sentyabr, Fineko/abc.az. Pentaqon nüvə silahının aqrar sektora təsiri ilə bağlı araşdırma aparmaq üçün müqavilə bağlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, podratçıdan kənd təsərrüfatı fermalarının məhvinə səbəb olacaq qlobal nüvə müharibəsi vəziyyətini simulyasiya etmək üçün işçi heyəti, avadanlıq və digər mənbələr tələb olunacaq. Müqavilənin dəyəri 34 milyon dollardır.

Pentaqonun nüvə silahının aqrar sektora təsirini öyrənmək müqaviləsi Rusiya və Şərqi Avropa ölkələrində bu cür vəziyyətlərin modelləşdirilməsini də əhatə edir.

Podratçıdan "keçmiş Şərq Bloku ölkələrini daxil etmək üçün simulyasiyanın coğrafi əhatə dairəsini genişləndirmək"...habelə Şərqi Avropa və Qərbi Rusiya xaricindəki bölgələr üçün proqram kodunu da yeniləmək tələb olunur".