Xaricdə vahid maşın alveri sistemi Azərbaycanda da yaradılacaq? - VİDEO

11:58 - 12.09.2024


12 sentyabr, Fineko/abc.az. Avtomobil almaq bizi bir çox gündəlik əziyyətlərdən qurtarsa da, yanlış seçim bizim üçün daha ciddi problemlər yarada bilər.

ABC.AZ xəbər verir ki, hazırda ikinci əl nəqliyyat vasitələrinə tələbat yenilərinə nisbətən daha yüksəkdir.

İkinci əl avtomobil alarkən isə bir sıra xoşagəlməz hallarla da qarşılaşırıq. Bəzən özümüz də bilmədən yeni, az işlənmiş adı altında qəza keçirmiş və yaxud əsas detalları dəyişdirilmiş avtomobillər alırıq.

"Maşının detallarını başqası ilə dəyişirlər. Oğurlayıb yerinə keyfiyyətsizini qoyurlar", - deyə sürücü deyib.

Bu kimi problemlərlə qarşılaşmamaq üçün digər ölkələrdə vahid reyestr sistemi fəaliyyət göstərir.

Bəs bu sistemin xidmət göstəriciləri necə tənzimlənir?

"Belə bir sistem bir çox ölkələrdə yaradılıb. Bildiyim qədəri ilə, Azərbaycanda da bunun üçün tədbirlər görülür. Buna görə də aidiyyəti qurumlar qısqanclıq etməsə, bazanı versələr, bunu tez etmək mümkün olacaq", - deyə nəqliyyat-eksperti Elməddin Muradlı qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: