12:39 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. Azərbaycan alternativ olaraq İran vasitəsilə regional kommunikasiyaların çəkilməsini nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda rəsmi Bakı bu istiqamətdə müvafiq işlər aparır.
"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində israr edirsə, Azərbaycanın alternativ variantları var", - deyə o bildirib.
Hacızadənin sözlərinə görə, sülh sazişinin imzalanmasına mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024