15:08 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. Amerika, Avropa və Yaponiyanın bir çox böyük şirkətləri Çinə investisiyalarını aktiv şəkildə azaldır və ya yeni layihələri məhdudlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın dərc etdiyi məqalədə qeyd edilib. Məlumata görə, yalnız 15% halda şirkətlərin beynəlxalq sərmayə üçün əsas prioriteti Çin olur.
Eyni zamanda, Çini xaricə investisiyaları prioritet hesab edənlərin sayı son 25 ilin ən aşağı səviyyəsinə düşüb.
Məsələn, bu həftə “Honda Motor” Çindəki üç fabrikində istehsalın dayandırıldığını və 2 min iş yerini ixtisar etdiyini açıqlayıb.
Sorğuda iştirak edən ekspertlərin gətirdiyi səbəblər Çin iqtisadiyyatının zəifliyinə işarə edir. Bunu Çinin daşınmaz əmlak bazarındakı dərin böhran və ABŞ-la xarici ticarət əlaqələrində əvvəlki prezident Donald Trampın dövründə başlayan çəkişmə çətinləşdirir.
Qeyd edək ki, ötən ilin sonunda Çinə birbaşa xarici investisiyalar 8% azalıb.
Müəllif: Elmir Murad
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024