15:41 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. “Zara” 2024-cü ilin oktyabr ayının sonuna kimi ABŞ-da ikinci əl paltarların satıla biləcəyi platformanı işə salacaq.
ABC.AZ xəbər verir ki, bu platforma “Zara” müştərilərinə paltarlarını satmaq, təmir etmək və ya hədiyyə etmək imkanı verəcək.
“Zara”nın ana şirkəti “Inditex” çərşənbə günü elan etdi ki, ikinci əl geyimlərin ömrünü uzatmaq və israfı azaltmaq məqsədilə oktyabrın sonuna qədər ABŞ-da satış, təmir və ya ianə xidmətləri təklif edəcək.
2022-ci ilin noyabrında Böyük Britaniyada fəaliyyətə başlayan “Zara”nın “Pre-Owned” platforması hazırda 16 Avropa ölkəsində fəaliyyət göstərir.
“Inditex”, xammal istehlakını azaltmağa kömək etmək üçün strategiyasının bir hissəsi olaraq 2025-ci ilə qədər bütün strateji bazarlarda ikinci əl platformasını işlətməyi öhdəsinə götürdüyünü söylədi. Xidmət İspaniya, Fransa və Almaniya kimi ölkələrdə “Zara” mağazaları, onun veb-saytı və tətbiqi vasitəsilə mövcuddur.
“Zara” hələ ki, mövcud bazarlarda ikinci əl xidmətdən neçə müştərinin istifadə etdiyi barədə məlumatları açıqlamayıb, lakin “Inditex”in baş direktoru Oscar Garcia Maceiras bildirib ki, onun onlayn platformaları gündə 22 milyondan çox ziyarətçi qəbul edir.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024