15:47 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. Paytaxt ərazisindəki bütün parklanmalarda demək olar ki, ilk 15 dəqiqə ödənişsiz həyata keçirilir.
Yəni sürücü öz avtomobilini ilk 15 dəqiqə pulsuz şəkildə həmin ərazidə park edə bilər.
Lakin "Qış parkı"ndakı yeraltı parklanmada mənzərə tamam fərqlidir. Burada avtomobil içəri daxil olduqdan sonra qiymət hesablanmağa başlayır.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı parklanmalara nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödənişin tələb olunmaması dövlət avtomobil yollarının kənarında təşkil edilən parklanma yerlərinə şamil edilir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinin 15-ci hissəsinə edilən dəyişikliyə əsasən, ödənişli parklanmalarda ilk 15 dəqiqə ödənişsizdir.
Ətraflı Baku TV-nin süjetində:
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024