Azərbaycanda ən çox və ən az işsiz olan rayonlar - SİYAHI

16:15 - 12.09.2024


12 sentyabr, Fineko/abc.az. 2024-cü ilin 1 iyul vəziyyətinə görə Azərbaycanda rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı 213,6 min nəfərə yaxın olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, rəsmi işsiz sayı üzrə ən yüksək göstərici 36,7 min nəfərlər Bakı`nın payına düşüb.

İkinci pillədə 5,9 min nəfərlə Ağdam rayonu gəlir.

Quba rayonunda işsizlik 5,8 min nəfər civarındadır.

Şəmkir rayonunda bu göstərici 5,5 min nəfərə yaxın, Şəkidə isə 5,2 min nəfərə yaxın, Sumqayıt və Lənkəranda isə 5 min nəfərdən bir qədər çoxdur.

Ümumilikdə işsiz şəxslərin sayı 6 rayonda 5 min nəfərdən, 6 rayonda 4 min nəfərdən, 9 rayonda 3 min nəfərdən, 21 rayonda 2 min nəfərdən, 18 rayonda min nəfərdən yüksək, 12 rayonda isə min nəfərdən aşağıdır. Hesabat dövründə ən az qeydiyyatda olan işsiz sayı isə Sədərək (233 nəfər), Naftalan və Xocavənddə (264 nəfər) qeydə alınıb.