17:20 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. “Samsung” şirkəti xaricdəki işçilərinin 30%-ni ixtisar edəcək.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bu, Cənubi və Şimali Amerika, Avropa, Asiya və Afrikadakı işçilərə təsir edəcək.
İxtisarların ilk olaraq hansı ölkələrə və bölmələrə təsir edəcəyi və şirkətin neçə nəfəri ixtisar edəcəyi dəqiqləşdirilmir. Qeyd edək ki, 2023-cü ilin sonunda “Samsung” 267 800 nəfəri işlə təmin edib ki, onların yarısından çoxu – 147 000 nəfəri xaricdə işləyir.
Sentyabrın 11-də Koreya birjasında ticarətin bağlanışında “Samsung” səhmləri gün ərzində 1.96% ucuzlaşaraq 64 900 von olub.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024