Neft bahalaşır, Brent bir barel üçün $72,44 təşkil edir

09:20 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Etalon markalarln qiyməti cümə günü ticarətdə artmağa davam edir.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:18-də $0,47 (0,65%) artaraq bir barelə $72,44-a yüksəldi. Sentyabrın 12-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri bir barel üçün $1,36 (1,93%) artaraq $71,97-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti 09:18-də $0,50 (0,72%) artaraq bir barel üçün $69,47-a yüksəldi. 12 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,66 (2,47%) - bir barel üçün $68,97-a yüksəldi.