“Boeing”in 33 min işçisi tətilə çıxıb

12:20 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri “Boeing”in müqavilə təklifini rədd edərək tətilə çıxıb.

ABC.AZ xəbər verir ki, bu səbəbdən “Boeing”in Sietldəki qərargahında istehsal dayandırılıb.

ABŞ-ın qərb sahilində 33 min “Boeing” işçisini həyata keçirdiyi tətil Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyası bölgəsində 2008-ci ildən bəri ilk tətildir.

Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər İttifaqının üzvləri əmək münasibətlərində islahatlar aparacağına söz verən “Boeing”in yeni baş direktoru Kelli Ortberqin sülh çağırışlarına məhəl qoymayıblar.