Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 19%-ə qaldırıb

14:53 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 19%-ə qaldırıb.

ABC.AZ Kommersant.ru-ya istinadən xəbər verir ki, tənzimləyici növbəti iclasda da uçot dərəcəsinin artırılmasını mümkün hesab edir.

Moskva birjasının məlumatına görə, rubl Rusiya Mərkəzi Bankının uçot dərəcəsini illik 19%-ə qaldırmaq qərarına praktiki olaraq reaksiya verməyib.