Xarici ölkələrə qarpız ixracı 13% azalıb

15:21 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 4 milyon 18 min dollar dəyərində 8 min 437 ton qarpız ixrac olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qarpız ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 399,5 min dollar və ya 9%, miqdar ifadəsilə 1 299 ton və ya 13,3% azalıb.

2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 4 milyon 418 min dollar dəyərində 9 min 735 ton qarpız ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi qarpızın 1 kiloqramının orta ixrac qiyməti 81 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 77 manat idi. Bu illik müqayisədə 4 qəpik və ya 5% bahalaşma deməkdir.