Səudiyyə Ərəbistanının 70-dək iri şirkəti Azərbaycana gələcək

15:24 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

ABC.AZ xəbər verir ki, Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. AZPROMO-nun sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynadığı və bu müstəvidə cari ilin 26 sentyabr tarixində Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İqtisadi Forumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Bildirilib ki, bu ilin 30 sentyabr tarixində Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək.