15:32 - 13.09.2024
13 sentyabr, Fineko/abc.az. Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə neft nəqlinin həcmi ötən illə müqayisədə artıb.
ABC.AZ xəbər verir ki, bunu CPC-nin baş direktoru Nikolay Qorban idarəetmə orqanlarının Almatıda keçirilən iclasında deyib.
O qeyd edib ki, bu ilin avqust ayının sonuna qədər 43,8 milyon ton xam neft ixrac edilib və Novorossiysk limanından 405 tanker yola salınıb. Ötən il bu göstəricilər müvafiq olaraq 42,7 milyon ton neft və 391 tanker təşkil edib.
İclasda səhmdarlar Xəzər Boru Kəməri Konsorsiumunun maliyyə fəaliyyətinə yekun vurublar.
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024