Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 23 477 nəfər artıb

16:51 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.