Bu il Azərbaycanda qızıl istehsalı 7%-dən çox artıb

17:22 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 476,4 kq qızıl, 2 061,9 kq gümüş istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2023-cü ilin yanvar-avqust aylarının göstəricisindən 7,3 % çox, gümüş istehsalı 24,1 % az olub.

Ötən 8 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,7 % azdır.

Bu ilin sentyabrın 1-nə ölkədə 278 kq qızıl, 593,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin sentyabrın 1-nə 25,9 ton təşkil edib.