Çində elektrikli avtomobillərə maraq kəskin artıb

10:14 - 16.09.2024


16 sentyabr, Fineko/abc.az. Çin vətəndaşları NEV (New Energy Vehicles) seqmentində bir milyon avtomobil, yəni elektrikli avtomobillər və şarj edilə bilən hibridlər alan ilk ölkə olub.

ABC.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, bu, bazarda ümumi enişin davam etməsi fonunda baş verib və müvafiq olaraq satışlarda NEV-in payı növbəti rekord qırıb.

Ümumilikdə avqustda Çində 1.03 milyon elektromobil və hibrid alınıb ki, bu da bütün satışların 53.5%-ni təşkil edib. İlk dəfə olaraq NEV-in payı cəmi bir ay əvvəl, iyulun sonunda 50%-i keçib. Çində minik avtomobilləri bazarının ümumi həcmi 1.92 milyon avtomobil təşkil edib ki, bu da illik müqayisədə 1.1% azdır. İyul ayı ilə müqayisədə azalma tempi bir qədər aşağı düşsə də, bazarda ardıcıl beşinci aydır ki, azalma davam edir.