11:28 - 16.09.2024
16 sentyabr, Fineko/abc.az. Qərb ölkələri COP29-da fosil yanacaqlardan mərhələli şəkildə imtina olunması ilə bağlı sərt tələblərin tətbiqi məsələsini qaldırmaq üçün Azərbaycana təzyiq göstərirlər. Azərbaycanın özü, eləcə də Rusiya, Səudiyyə Ərəbistanı və Boliviya buna qarşıdır.
ABC.AZ Financial Times-a istinadən xəbər verir ki, noyabr ayında keçiriləcək COP29-da iştirakçılar İqlim Dəyişikliyi ilə mübarizə layihələrinin maliyyələşdirmə mexanizmlərini və həcmlərini və bunun hansı mənbələrdən həyata keçiriləcəyini razılaşdırmağı gözləyirlər.
Ötən həftə sonu Afrika hökumətləri iqlim layihələrinə ildə 1 trilyon funt sterlinqdən çox pul ayırmağa çağırdılar.
Eyni zamanda, Qərb ölkələrindən olan iştirakçılar 2050-ci ilə qədər karbohidrogenlərdən imtina üçün daha sərt tələblər edəcəklər. AB nümayəndəsi artıq bu mövqeyi Bakıya çatdırıb və Dubayda COP28-də qəbul edilənlər kimi kompromis istəmədiyini bildirib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024