Avropa ölkəsi 11 aydan sonra Azərbaycandan xam neft alışını bərpa edib

12:15 - 16.09.2024


16 sentyabr, Fineko/abc.az. Avstriya son 11 aydan sonra ilk dəfə Azərbaycan xam neft alışını bərpa edib.

ABC.AZ xəbər verir ki, cari ilin avqustunda Avstriya Azərbaycandan 85 869 tonluq xam neft alıb.

Avstriyaya ixrac edilmiş xam neftin dəyəri 47.90 milyon dollar təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ilin oktyabrında 39 197 ton və ya 28.4 milyon dollarlıq xam neft ixrac edilmişdi.

İxrac edilmiş xam neftin bir tonu 558 dollar təşkil edib.