Azərbaycanın xaricdən aldığı buğda 20% ucuzlaşıb

14:39 - 16.09.2024


16 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 128 milyon 362 min dollar dəyərində 579 927 ton buğda idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni aylarında Azərbaycana 183 milyon 581 min dollar dəyərində 668 319 ton buğda idxal edilmişdi.

Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 13%, dəyər ifadəsilə 30% azalıb.

1 ton buğdanın orta hesabla idxal dəyəri 275 dollardan 221 dollara düşüb (54 dollar və ya 20% azalıb).