Qlobal smartfon bazarının ən böyük şirkətləri - SİYAHI

15:59 - 16.09.2024


16 sentyabr, Fineko/abc.az. 2024-cü ildə qlobal smartfon bazarının ən böyük iştirakçılarının adları açıqlanıb.

ABC.AZ xəbər verir ki, araşdırmalardan sonra smartfon bazarının ən böyük iştirakçıları sırasında birinci yerin “Samsung” firmasına məxsus olduğu məlum olub.

Belə ki, “Samsung” qlobal smatrfon bazarının 18,9%-ni əlində saxlayır.

Qlobal smartfon bazarının ən böyük iştirakçılarını sizə təqdim edirik:

1. Samsung: 18,9%

2. Apple: 15,8%

3. Xiaomi: 14,8%

4. Vivo: 9,1%

5. Oppo: 9%