Neft bahalaşır, Brent bir barel üçün $73,05 təşkil edir

09:15 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti artır.

Brent markalı neftin noyabr fyuçerslərinin ICE Futures birjasında saat 09:10-da $0,30 (0,41%) artaraq barel başına $73,05-a yüksəldi. Sentyabrın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri barel başına $1,14 (1,59%) artaraq $72,75-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində oktyabr WTI neftinin oktybar fyuçersləri saat 09:10-da $0,38 (0,54%) artaraq bir barel üçün $70,47-a yüksəldi. 16 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,44 (2,10%) - bir barel üçün $70,09-a yüksəldi.