10:02 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlanıb.
ABC.AZ xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı hesabatda ilk yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tutur.
Burada işçilər həftədə 50,9 saat işləyirlər. İkinci yerə isə Çin sahiblik edir. Ölkədə işçilər həftədə 46,1 saat işləyir. Hindistan siyahıda 46,7 saatla üçüncü yeri tutur. Türkiyə həftədə 43,3 saat ilə dördüncüdür. Yunanıstanda işçilər orta hesabla 39,7 saat işləyirək beşinci yeri tutub.
Ən az iş saatı olan ölkələr sırasında birinci yeri Almanya tutur – həftəlik 35,5 iş saatı. İkinci ən az iş saatı olan ölkə Avstraliyadır. Avstraliyada iş saatı 36,1 təşkil edir. Üçüncü yeri 36,4 həftəlik iş saat ilə İngiltərə, dördüncü yeri isə 37,5 həftəlik iş saat ilə İtalya tutur. Fransa 38 saatlıq iş rejimi ilə sonrakı yerdədir.
Müəllif: Elmir Murad
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
10 Oktyabr 2024