Bakıda bu yolda hərəkətə məhdudiyyət tətbiq edilib

10:21 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. 8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib.