Rusiyada Starlink analoqu yaradılacaq – 445 milyard rubla başa gələcək

10:29 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Rusiyada Starlink analoqu yaradılacaq ki, bu da 445 milyard rubla başa gələcək. Bu, layihənin 2030-cu ilə qədər hesablanmış ilk və hələ ilkin qiymətləndirməsidir.

ABC.AZ xəbər verir ki, "Büro 1440" layihəyə öz vəsaitlərindən 329,06 milyard rubl ayıracaq. Büdcədən daha 116 milyard rubl ayrılmalıdır.

2030-cu ilin sonuna qədər Yerin orbitində 292 "Büro 1440" peyki olacağı planlaşdırılır.