“Supertoys” MMC-nin dövlətə bpyük məbləğdə borcu yaranıb

10:57 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az.

“Supertoys” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən görsənir.

Məlumata əsasən, “Supertoys” MMC-nin vergi borcu 1 460 365.50 manatdır. Bu vergi borcu 16.09.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, bu şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Xəqani Cəfərovdur.

SuperToys.az oyuncaq mağazası uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.