11:40 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Xəzəri Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənilməsi layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, layihənin operatoru olıab BP şirkətindən verilən məlumata görə, 1994-cü ildə AÇG layihəsi başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar xərcləmişlər.
Qeyd olunur ki, 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 mln. ton (təqribən 4,4 mlrd. barel) neft hasil edilmişdir.
“Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4.3 milyard bareldən çox AÇG nefti dünya bazarlarına daşınmışdır. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan terminalından yola salınıb”, – məlumatda vurğulanır.
Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 mlrd. kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024