Qrossi: MAQATE Qazaxıstana Atom Elektrik Stansiyasının tikintisini dəstəkləyəcək

11:52 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. MAQATE-nin Baş direktoru Rafael Qrossi bildirib ki, MAQATE oktyabrın 6-da AES-in tikintisi ilə bağlı referendum zamanı Qazaxıstana dəstək verməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi Telegram kanalında yazıb.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, Qrossi MAQATE ilə uzunmüddətli əməkdaşlığa da diqqət çəkib, Astananın MAQATE-nin az zənginləşdirilmiş uran Bankının Qazaxıstan ərazisində yerləşməsində rolunu xüsusi qeyd edib.

Avstriyanın paytaxtında MAQATE Baş Konfransının 68-ci sessiyası keçirilir, Qazaxıstan dinc atomun inkişafına, ölkənin qlobal nüvə təhlükəsizliyinə verdiyi töhfələrə və uranın sabit tədarükünün təmin edilməsinə həsr olunmuş milli pavilyon açıb.