“İntel” AWS üçün süni intellekt çipləri istehsal edəcək

12:23 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. “Intel”, “Amazon Web Services” (AWS) ilə strateji əməkdaşlığını genişləndirib.

ABC.AZ xəbər verir ki, bundan sonra “İntel” AWS üçün süni intellekt çipləri istehsal edəcək.

İstehsal AWS ilə genişləndirilmiş əməkdaşlıq çərçivəsində baş tutacaq.

Bəyanatda bildirilir ki, bu əməkdaşlıq “Intel” və AWS-nin ABŞ-da yerləşən yarımkeçirici istehsalını sürətləndirməsinə və Ohayoda canlı süni intellekt ekosistemi yaratmasına töhvə verir.

Eləcə də AWS-nin 2015-ci ildən bəri Ohayo əyalətinə 10,3 milyard dollarlıq sərmayə qoyduğu vurğulanıb.

Əlavə olaraq şirkət 7 milyard dollar sərmayə qoymağı planlaşdırır.