15:47 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Dadlı qoyun əti ilə məşhur olan Azərbaycan, nə qədər maraqlı olsa da, qoyun ətinin idxalı ilə məşğuldur.
2023-ci il və 2024-cü ilin ilk yarısında ölkəyə idxal olunan qoyun ətinin həcmi ixracı 100 dəfələrlə üstələyib.
ABC.AZ xəbər verir ki, 2023-cü ildə Rusiyadan dondurulmuş sümükdən ayrılmamış qoyun əti idxalı cüzi olub, 10 kilo qoyun ətinin idxalı 60 dollar təşkil edib.
Ən bahalı qoyun əti Niderlanddan gətirilir – 2023-cü ildə təzə və ya soyudulmuş sümükdən ayrılmamış 30 kiloqram qoyun ətinin idxalı 1,03 min dollar dəyərində olub.
Ölkəmiz ən çox qoyun ətini Monqolustandan alır - 2023-cü ildə 97,5 ton dondurulmuş qoyun cəmdəkləri idxal edilib və dəyəri 390 min dollar olub. Həmçinin, dondurulmuş sümükdən ayrılmamış parçaların idxalı 24 ton və 96 min dollar, dondurulmuş quzu cəmdəkləri isə 20 ton və 80 min dollar təşkil edib. Başqa sözlə, Monqolustandan qoyun ətinin kiloqramı 4 dollara və ya 6,8 manatabaşa gəlir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024