“Meta”dan Rusiyanın dövlət media qurumlarına QADAĞA

16:12 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. “Xarici müdaxilə fəaliyyətləri” nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-ləri, o cümlədən “Rossiya Seqodnya” xəbər agentliyi və RT dövlət kanalı "Meta"nın platformalarında qadağan edilib.

ABC.AZ xəbər verir ki, “Meta” rəsmilərinin məsələ ilə bağlı verdiyi açıqlamada sözügedən media qurumlarının təsir əməliyyatları üçün aldadıcı üsullardan istifadə etdiyini və bu arada “Meta” platformalarında aşkarlanmaqdan yayındığını iddia edib.

Şirkətin yazılı açıqlamasında deyilib: “Diqqətli qiymətləndirmədən sonra Rusiyanın dövlət media qurumlarına qarşı mövcud sanksiyalarımızı artırmağa qərar verdik. “Rossiya Seqodnya”, RT və digər əlaqəli qurumların təsir əməliyyatları səbəbindən qlobal miqyasda tətbiqlərdən çıxarılıb”.