İraqda Azərbaycanın Ticarət evləri açıla bilər

16:42 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. İraqda Azərbaycanın Ticarət evləri açıla bilər.

ABC.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Azərbaycan-İraq biznes forumunda deyib.

O, Azərbaycan şirkətlərinin İraqda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib. Yaxın illərdə İraqa yeni ixrac missiyalarının təşkili gözlənilir ki, bu da əlaqələrin genişləndirilməsi üçün əlavə imkan olacaq.