Lənkəranda sanitar-gigiyenik tələblərə cavab verməyən restoranın fəaliyyəti məhdudlaşdırılıb

17:09 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Lənkəran rayonu, Kənarmeşə kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənova Elnurə Xanbaba qızına məxsus “Yeddi Bulaq” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan toyuq məhsulları, istifadə muddəti bitmiş göbələk sousu və şirinləşdirilmiş içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.