17:28 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Azərbaycan məhsullarının İraqa ixracı üçün böyük potensial var.
ABC.AZ xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
“Mən xüsusilə tütün məhsullarının ixracını qeyd etmək istərdim. İraqın rəsmi statistikasına görə, bu ölkənin tütün məhsulları idxalının illik dəyəri 300 milyon ABŞ dollarına qədərdir. Düşünürük ki, bu istiqamətdə müəyyən addımlar atıla bilər. Artıq bizim bəzi şirkətlərimizin ümumilikdə 1 milyon ABŞ dollarına yaxın ixracı var. Potensial isə çox böyükdür”, – deyə o qeyd edib.
“Bundan başqa, tikinti məhsulları, aliminium və qənnadı məmulatları ixracı çox önəmli istiqamət ola bilər”, – deyə Y.Abdullayev əlavə edib. (Report)
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024