10:01 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Qırğızıstan Azərbaycana neftin təchizatı və emalı üzrə uzunmüddətli müqavilə bağlamağı təklif edib.
ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstan Energetika Nazirliyindən bildirilib.
Belə ki, Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə 4-cü Türkdilli Dövlətlər Təşkilatının iclası çərçivəsində keçirilən ikitərəfli görüşdə Azərbaycanın neft yataqlarının işlənməsi və neft məhsullarının hasilatında yüksək təcrübəsini vurğulayıb.
O, həmçinin, Azərbaycanın hidroenergetika və bərpa olunan enerji layihələrində iştirakını təklif edib və Qırğızıstanın elektrikli avtomobillər üçün şarj cihazlarının alınması və quraşdırılması üçün Azərbaycan-Qırğızıstan İnkişaf Fondundan 2 milyon ABŞ dolları məbləğində güzəştli maliyyələşmə imkanını nəzərdən keçirməyi təklif edib.
Şahbazov əməkdaşlığa hazır olduğunu bildirərək, neft təchizatı məsələlərini müzakirə etmək üçün xüsusi işçi qrupu yaratmağı təklif edib.
O, həmçinin, yaxın zamanda bərpa olunan enerji mənbələri üzrə investisiya forumunun keçiriləcəyini qeyd edib və Qırğızıstanı bu tədbirdə fəal iştiraka dəvət edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024