Gələn il üçün dövlət büdcəsində neftin qiyməti neçədən götürülüb?

10:53 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsi barədə ilkin proqnozlar açıqlanıb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb.

Nazirliyin açıqlamasında bildirilir ki, 2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, 2024-cü ildə büdcədə neftin qiyməti əvvəlcə 60 dollar götürülsə də, sonradan büdcəyə edilən dəyişikliklər çərçivəsində bu qiymət 75 dollar qaldırıldı.

Həmin vaxt (may ayında) bu qiymət təhlükəsiz görünsə də, son həftələr dünya bazarında neftin qiyməti kəskin azalıb və 75-76 dollara enib. Hətta bir neçə gün əvvəl Azərbaycan neftinin qiyməti 73 dollara, yəni büdcədəki həddən də aşağı düşüb.

Görünür, bunu nəzərə alan hökumət nisbətən ehtiyatlı davranaraq neftin qiymətini 70 dollardan nəzərdə tutub.